Пробиоксин

Пробиоксин

TƏRKİBİ:

Bifidobacterium bifidium, Lactobacillus acidophilus, Lactobacillus casei, Lactobacillus plantarum, Lactobacillus rhamnosus, Enterococcus faecium, Streptococcus thermophilus, Bifidobacterium longum. 

Hər bakteriyanın ayrılıqda miqdarı –  0,25 Х 10 9

Bakteriyaların ümumi miqdarı –  2 Х 10 9

Saccharomices boulardii göbələyi – 2 Х 10 9  

Inulin – 150 mq

FARMAKOLOJİ QRUPU: Simbiotik.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Bağırsaqların mikroflorasını normallaşdıran simbiotik preparatdır. Probioksin bağırsaq mikroflorasını normallaşdırır, bağırsaq mikroflorasının tarazlığını tənzimləyir və onların fizioloji funksiyalarının yerinə yetirilməsini təmin edir. Probioksinin terapevtik effekti canlı bifidobakteriyaların və laktobakteriyaların hesabına əldə olunur. Bu bakteriyalar patogen və şərti-patogen mikrorqanizmlərə qarşı geniş spektrli antoqanizm xüsusiyyətinə malikdir. Probioksinin tərkibindəki süd turşusu bakteriyaları süd turşusunun, müəyyən miqdarda sirkə və propilen turşularının əmələ gəlməsini sürətləndirir. Bağırsaqlarda turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühitin yaranmasına səbəb olur.  Süd turşusu bakteriyaları monosaxaridlərin sorulmasında və öd turşularının metobolizmində iştirak edir, bağırsaqların epitel hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolidlərin və vitaminlərin (Vitamin B1, B2, B6, B12, K, E, PP, C, D, biotin, dəmir, kalsium) sorulmasını sürətləndirir. Probioksinin qəbulu zülalların həzmini yaxşılaşdırır. Bifidobakteriyaların sintez etdiyi fosfoproteinfosfataza fermenti südün tərkibindəki kozein zülalının metobolizmində iştirak edir.

Bağırsaq mikroflorasının pozulması aşağıdakı hallarda mümkündür: işlədici preparatlar və antibiotiklərin qəbulu zamanı; tərkibində ballast maddələri az olan, yüksək kalorili, süni qidalarla balanslaşdırılmamış qidalanma zamanı; stres, gərginlik, siqaret çəkmə, çoxlu alkoqol qəbulu zamanı; ətraf mühitdə olan zəhərli maddələrin təsirindən. Bütün bunlar bağırsaq mikroflorasının pozulmasına səbəb olan əsas amillər sırasına aiddirlər.

Saccharomices boulardii bağırsaqların istənilən infeksiyon-iltihabi proseslərində yüksək effektivlik göstərməklə müalicə müddətini qısaldaraq, kliniki effektivliyin yüksək olmasını təmin edir.

Saccharomices boulardii – maya göbələyi. Liofilizə olunmuş maya göbələyi qeyd edilmiş bir çox patoqen və şərti-patoqen mikroblara qarşı yüksək antimikrob təsirə malikdir (Clostridium difficile, Klebsiella pneumoniae, Staphylococcus  aureus, Pseudomonas aeruginosa, Candida kruesei, Candida albicans, Candida pseudotropicalis, Salmonella typhimurium, Escherichia coli, Shigella dysenteria, Yersinia enterocolitica və eləcədə Enthamoeba hystolitica, Lambliae). Preparatın qəbulundan sonra  Saccharomices boulardii yoğun bağırsaqda məskunlaşaraq 3-5 gün ərzində orada fəaliyyət göstərir, sonra isə nəcislə xaric olunur. Saccharomices boulardii malik olduğu bir çox xüsusiyyətlərinə görə:

  • proteazaların miqdarını artırmaqla Clostridium difficilenin toksinlərini neytrallaşdırmaqla və onların bağırsaqların kiprikli epitelisinə nüfuz etməsinin qarşısını alaraq,
  • poliaminlərin sintezini artıraraq bağırsaqlarda enterositlərin yetişməsini sürətləndirərək və selikli qişanın keçiriciliyini zəiflədərək,
  • faqositlərin fəaliyyətini aktivləşdirməklə,bağırsaqların selikli qişasında immunoqlobulin A-nın sintezini artıraraq, yerli immuniteti yüksəltməklə,
  • iltihabı mediatorların sekresiyasını zəiflətməklə,
  • maya göbələyi membranında mannoza sintez edir ki, bir göbələk hüceyrəsi özünə onlarca mikrob və bakteriyaları birləşdirməklə nəcislə xaric olunmasını həyata keçirərək Saccharomices boulardi bağırsaqların istənilən infeksion-iltihabi proseslərində yüksək effektivlik göstərməklə müalicə müddətini qısaldaraq, kliniki effektivliyin  yüksək olmasını təmin edir.

GÖSTƏRİŞLƏRİ:

  • Antibiotiklərin, sulfanilamid qrupu və digər preparatların qəbulu zamanı yaranan dizbakteriozlar.
  • Müxtəlif etiologiyalı kolitlər, eyni zamanda qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi.
  • Keçirilmiş kəskin bağırsaq infeksiyaları.
  • Xroniki enterokolit.
  • Kəskin bağırsaq sindromu.
  • Qəbizlik,
  • Ağız boşluğu və bağırsaq mikozları.
  • Atopik xəstəliklər (atopik dermatit/neyrodermit, allergik rinokonyuktivit).
  • Allergiya, allerqoz.
  • Dərinin xroniki iltihabi xəstəlikləri.

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ: İndividual olaraq preparatın qəbul olunmaması mümmkündür.

HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ:  Preparatın hamiləlik  və laktasiya zamanı istifadəsi mümkündür.

DOZALANMASI: Böyüklərdə: 1 kapsuldan gündə 3 dəfə yemək vaxtı.

6 yaşdan yuxarı uşaqlarda 1 kapsuldan gündə 2 dəfə yemək vaxtı.

Müalicə müddəti 1-3 həftədir.

BURAXILIŞ FORMASI: Probiocsin №30.  30 kapsul yüksək germetkliyə malik polietilen flakonlarda,  məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  “Novator Pharma” LLP, Böyük Britaniya.

İSTEHSAL EDİLİR: “PRİMEA LİMİTED” İngiltərə. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə



Источник: novatorpharma.net


Добавить комментарий